Milli Məclisə seçkilərlə əlaqədar 934 nəfərin namizədliyi qeydə alınıb -AÇIQLAMA
Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün müraciət edən namizədlərin yekun sayı açıqlanıb.
SİA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, parlament seçkilərində iştirak etmək üçün yekun olaraq 2431 namizəd müraciət edib:
"185 nəfər 16 siyasi partiya, 6 nəfər təşəbbüs qrupları tərəfindən, 743 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2354 nəfərinin namizədliyi artıq təsdiq olunub, 2247 nəfəri isə artıq imza vərəqələrini alıb, onlarda 1764 nəfəri qaytarıb. 934 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 267 nəfər siyasi partiyanın üzvləridir".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB