Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təyyarəsi təcili eniş edib. SİA-nın "News.am" istinadən verdiyi xəbərə görə, baş nazir Qəhrəmanmaraşa getmək üçün Sabiha Gökçen hava limanından təyyarəyə minib. Lakin təyyarə havaya qalxdıqdan sonra problem yaranıb və Ankaradakı Esenboğa hava limanına qəza enişi edilib.
Rəcəb Tayyib Ərdoğanı beş nazir də müşayiət edib: Energetika naziri Taner Yıldız, sənaye naziri Nihat Ergün, təhsil naziri Nimet Çubukçu, turizm naziri Ertuğrul Günay və ekologiya naziri Veysel Eroğlu. Sonradan nümayəndə heyəti başqa təyyarə ilə Qəhrəmanmaraşa yola düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB