Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarında rəsmi səfərdədir. SİA-nın xəbərinə görə, səfər zamanı nazir Məmmədyarovun Meksika Birləşmiş Ştatlarının xarici işlər naziri xanım Patrisiya Espinoza, Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşləri, Meksika Diplomatik Akademiyası tərəfindən təşkil olunan "Azerbaijan’s Foreign Policy: Challenges and Prirorities" (Azərbaycanın xarici siyasətini: çağırışlar və prioritetlər) mövzusunda elmi konfransda iştirakı və yerli mətbuat nümayəndələri ilə görüşü planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB