“Kərimov Əli qarıyıb, qartmış qızlar kimi evində tək qalıb” RƏY-ÖZƏL

“Kərimov Əli qarıyıb, qartmış qızlar kimi evində tək qalıb” RƏY-ÖZƏL

"Kərimov Əli, Qəmbərov İsa və Həsənli Cəmil vicdanını itirmiş və abırları olmayan insanlardır". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, adları çəkilən bu şəxslər üçün əbədi dost yoxdur, əbədi pul var: "Onlara xaricdən bu pulları verənlər bu cür sifarişlər verirlər. Bu simasızlar üçün dostdan öncə başlıca amal pul əldə etməkdir. Ona görə də onların yanında heç kim qalmayıb. Hər zaman bu cür şəxslər belə vəziyyətdə olublar, yəni hər zaman adladıb meydanlara çıxarıblar, döydürüblər, türmələrə saldırıblar. Bunun da hesabına qrant alıb yeyiblər və qrant qurtarandan sonra onların əleyhinə danışmağa başlayıblar. İnsanın namusu və qeyrəti olar, amma bu adamlarda nə namus, nə qeyrət, nə də ki, kişilik var. Ona görə də, bunların vicdanlarına lənət olsun. Faktlarda sübut edir ki, onları vaxtında öyrədib təxribatlar törətməyə təhrik edən və buna görə də, həbsə saldıranda elə Kərimov Əli olubdur. Kərimov Əlinin bu xüsusiyyətini hamı bilir, yəni hamı bildiyinə görə Kərimov Əli qarıyıb, qartmış qızlar kimi evində tək qalıb. Yəni Kərimov Əlinin evində özündən başqa heç kəsi yoxdur, tək qalıbdır, ailəsi də başını götürüb gedibdir, ətrafı yoxdur. Ona görə də, bu adam mənəviyyatını itirmiş bir insandır. Bir daha hər kəs görsün ki, Kərimov Əli heç kim ilə axıra qədər dostluq etmir, axıra qədər bir yerdə olmağı bacarmayan bir insandır. Yəni bunların xisləti bundan ibarətdir. Qoy onun ətrafında olanlar görsün ki, bu adam nəyə qadirdir və nə ilə məşğuldur. Nəhayət bunu bilənlər və dərk edənlər Kərimov Əli ilə yollarını ayıracaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə