Abdullah Gül: "Qəddafi dərhal getməlidir"

Abdullah Gül: "Qəddafi dərhal getməlidir"

Qabonda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül həmkarı Əli Bonqo Ondimba ilə birlikdə keçirdiyi mətbuat konfransında Liviyadakı prosesləri dəyərləndirib.

SİA-nın xəbərinə görə, Abdullah Gül Liviya lideri Müəmmər Qəddafinin dərhal dəyişikliyə imkan verərək vəzifədən getməsinin vacibliyini vurğulayıb və ölkənin infrastrukturunun daha çox dağılmasına imkan verilməməsini istəyib.

Prezident Türkiyənin Liviyada qan tökülmədən və təhlükəsizlik qüvvələri gözdən düşmədən dəyişikliyin baş verməsini arzuladığını və bu mövqeyini dəfələrlə ifadə etdiyini deyib. Gül Liviyadakı əməliyyatların komandanlığının NATO-ya keçməsinə dair qərarı da müsbət qarşıladıqlarını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə