Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozublar

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozublar
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 25-də saat 14.40-dan 14.50-dək, saat 23.10-dan 23.30-dək Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə