Liviyaya qarşı müharibə özünün yeni fazasına daxil oldu. Ayrı-ayrı dövlətlərin Qəddafini cəzalandırmaq arzusunu bu dəfə də NATO reallaşdıracaq. SİA-nın verdiyi məlumata görə, bir neçə gün bundan əvvəl Şimali Atlantika Blokuna daxil olan ölkələr arasında fakir ayrılığı yaransa da, dünən artıq narazılıqlar qismən aradan qalxıb. Düzdür, Almaniya qəti olaraq müharibənin əleyhinədir, Türkiyə isə müəyyən şərtlərlə Liviyaya qarşı əməliyyatlarda iştirak etmək istədiyini bildirib. Buna baxmayaraq analitiklər dünyanın ən güclü hərbi alyansında çatların əmələ gəldiyi qənaətindədirlər.
Artıq NATO rəhbərliyi Liviyada həyata keçirilən əməliyyata kanadalı general Çarlz Boşardın rəhbərlik edəcəyini dəqiqləşdirib. Məlumatı Kanadanın müdafiə naziri Peter Makkey də təsdiq edib. Onun sözlərinə görə, general bu vəzifəyə dünən təyin olunub.
NATO-nun baş qərargahından verilən məlumata görə, general Çarlz Boşard əvvəllər Şimali Amerika Kosmik Müdafiə komandasına rəhbərlik edib. "NATO Liviya səmasında qadağan olunmuş uçuş zonasına nəzarət üzrə məsuliyyəti öz üzərinə götürüb. Bundan əlavə müttəfiqlər uçuş zonasına qadağa planı çərçivəsində əlavə əməliyyatlar barədə razılaşıblar. Biz buna bir müddət sonra aydınlıq gətirəcəyik. Bu, BMT Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsi çərçivəsini həyata keçiriləcək. Bura mülkü əhalini qorumaq mandatı da daxildir", - deyə Kanadanın müdafiə naziri bildirib.
O, general Çarlz Boşardı bacarıqlı hərbçi kimi təqdim edib və ona inandığını deyib. Kanadalı general həm hərbi hava əməliyyatlarına, həm də quruda aparılan əməliyyatlara rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB