İndoneziyanın Qadcah Mada Universiteti 26 iyun-6 iyul 2011-ci il tarixlərində Cokcakarta şəhərində "Dream-2011" adlı 3-cü beynəlxalq tələbə yay Proqramı təşkil edir. SİA-ya verilən xəbərə görə, Qadcah Mada Universitetində ilk dəfə 2009-cu ildə təşkil olunmuş bu proqramın məqsədi müxtəlif millətlər və xalqlar arasında qarşılıqlı anlaşma yaratmaqdan ibarətdir. "Dream-2011" Proqramının mövzusu sosial sahibkarlıqdır. Proqramda iştirak etmək istəyən gənclər daha ətraflı məlumatı www.oia.ugm.ac.id/dream internet səhifəsindən əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB