Monoetnik Ermənistan Novruz Bayramının keçirilməsinə qadağa qoyub

Monoetnik Ermənistan Novruz Bayramının keçirilməsinə qadağa qoyub
Ermənistan indi mövcud olduğu sərhədlər çərçivəsində başqa xalqlara yer olmadığını 20 ildir ki, sübuta yetirib. Min illər ərzində bu yerlərdə yaşayan, öz adət ənənələri ilə dünya xalqlarını heyrətə gətirən azərbaycanlıları ata-baba yurdundan didərgin salan "hay"lar indi də başqa xalqların bayramlarını Ermənistanda keçirməyə qoymurlar. SİA-nın verdiyi məlumata görə, Ermənistanın rəsmi dairələri bunu verdikləri göstərişlərlə təsdiq ediblər.
Yerevan Şəhər Polis İdarəsinin rəisi Nerses Nazaryan ötən illər paytaxtda İran vətəndaşlarının Novruz Bayramını keçirmək istəyərkən ermənilərin onlara qarşı xuliqanlıq etdiklərini, bayram tədbirlərinin keçirildiyi yerlərdə bıçaqlanma, döyülmə hallarının olduğunu nəzərə alaraq şəhər əhalisini dözümlü olmağa çağırıb.
Bu da ermənilərin iç üzü, özlərini bütün dünyaya tolerant xalq kimi təqdim edən "hay"lar başqa xalqlara, onların adət-ənənəsinə qarşı necə dözümsüz olduqlarını artıq gizlədə bilmirlər.
Aldığımız məlumata görə, Ermənistanın əksər yerində, o cümlədən paytaxtda polis gücləndirilmiş iş rejimində çalışır. Bu ölkəyə gələn və burada işləyən İran vətəndaşlarının Novruz bayramını keçirməsinə hər yerdə əngəllər yaradıblar, onları ölümlə hədələyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə