Rusiya və ABŞ prezidentləri Dmitri Medvedyev və Barak Obama arasında telefon danışığı baş tutub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, iki lider arasında əsas müzakirə mövzusu Liviyadakı vəziyyət olub. Medvedyev telefon söhbəti zamanı gündəlikdə olan beynəlxalq məsələlərdən, eyni zamanda Liviya və onun ətrafındakı vəziyyətə diqqət ayrıldığını vurğulayıb. Rusiya prezidenti mülki əhali arasında qurbanların qarşısının alınması və BMT Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsi ilə müəyyən edilən məqsədlərə nail olunması vacibliyini xüsusi olaraq qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB