Türkiyə XİN rəhbəri İraqa səfər edəcək

Türkiyə XİN rəhbəri İraqa səfər edəcək

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu sabah ABŞ və İran arasındakı gərginliyi azaltmaq məqsədilə İraqa səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib: “Bölgəmizdəki son hadisələr nəticəsində artan gərginliyi azaltmaq üçün intensiv diplomatik təşəbbüslərimiz çərçivəsində nazirimizin 9 yanvar 2020-ci ildə İraqa bir günlük səfər edəcəyi gözlənilir”.

Səfərdə bölgədəki vəziyyətin, ikitərəfli məsələlərin də müzakirə ediləcəyi qeyd edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə