Müxalifət islahatları dəstəkləyir və...
Ölkədə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli islahatlar müxalifət düşərgəsində təmsil olunun bir sıra siyasi partiyalar tərəfindən də dəstək almaqdadır. Belə ki, sosial, iqtisadi, kadr, struktur və s. sahələrlə yanaşı, gerçəkləşdirilən siyasi islahatlar da belə qənaətə gəlməyə zəmin yaradır ki, daha əvvəllər mövcud olan bir sıra problemlər sürətlə aradan qaldırılır və bu siyasət birmənalı olaraq həm ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması, həm də, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
Digər tərəfdən, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı verilmiş qərardan sonra, bu seçkilərdə iştirak edəcək bir çox müxalifət partiyalarının təmsilçiləri də bəyan edirlər ki, onlar həyata keçirilən, dinamik şəkil alan islahatlara dəstəklərini göstərir, bundan sonra da göstərəcəklər.
AMİP-in katibi Əli Orucov: “Müxalifət olaraq, biz də bu islahatların daha geniş və dərin vüsət alması üçün dəstəyimizi əsirgəməyəcəyimizi bəyan etdik”
“2020-ci il Azərbaycana çox ciddi hadisələrlə qədəm qoyub”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi Əli Orucov deyib. Müxalifətmi funksioner müxalifət partiyası olaraq, Azərbaycanda reallaşdırılan islahatları dəstəklədiklərini bildirib və qeyd edib ki, bu islahatlar fonunda parlament seçkilərinə də qatılacaqlar. “Parlament seçkilərinin ən aktiv mərhələsi, bildiyiniz kimi, yeni ilin ilk aylarına təsadüf edir”, deyə qeyd edən AMİP rəsmisi cəmiyyətin, eləcə də ayrı-ayrı müxalifət partiyalarının dövlət başçısı tərəfindən gerçəklıəşdirilən islahatlara böyük ümidlər etdiyini, dəstək göstərdiklərini deyib: “Cəmiyyətdə, o cümlədən siyasi düşərgələrdə bir ümidlənmə və toparlanma müşahidə edilməkdədir. Bunun da başlıca səbəbi həm də ondan ibarətdir ki, prezident genişmiqyaslı islahatlar vəd edərək, bu istiqamətdə müəyyən addımlar atır. Müxalifət olaraq, biz də bu islahatların daha geniş və dərin vüsət alması üçün dəstəyimizi əsirgəməyəcəyimizi bəyan etdik”.
Əli Orucov bildirib ki, 9 fevralda keçiriləcək parlament seçkilərindən sonra formalaşdırılacaq ali qanunverici orqanın yeni tərkibi siyasi münasibətlərin də formalaşdırılmasında və yenilənməsində həlledici rol oynayacaq.
Beləliklə, bu realılıq həm də belə bir nəticə hasil edir ki, ölkədə yeniləşmənin getdiyi zamanda, müxalifət daha effektiv münasibətlərin tətbiq ediləcəyinə inanır, bu münasibətlərin ümummilli məsələlər fonunda effekt verəcəyini proqnozlaşdırır. Daha dəqiq desək, artıq radikallıq və dağıdıcılıq prinsiplərində qalan bir sıra müxalifət partiyalarını yanız xalq deyil, eləcə də konstruktivlik yolunu tutan müxalfət partiyaları da rədd edir. Əslində isə, bu gözlənilən idi və həmin gözləntilər də öz təsdiqini tapmaqdadır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB