Hərbi ekspert: “Yaxın 2-3 il ərzində münaqişənin həllində genişmiqyaslı hərbi əməliyyat gözlənilmir”

Hərbi ekspert: “Yaxın 2-3 il ərzində münaqişənin həllində genişmiqyaslı hərbi əməliyyat gözlənilmir”
"2011-ci il üçün Azərbaycanın müdafiə xərcləri 3,5 milyard dollara çatıdırılıb. Burada təxminən 7-8 struktura bölünən maddələr var. Müharibə ehtimalı həmişə səsləndirilib. Amma ümumilikdə münaqişənin nizamlanması ilə bağlı aparılan danışaqlar onu deməyə əsas verir ki, yaxın 2-3 il ərzində bu münaqişənin həllində genişmiqyaslı hərbi əməliyyat gözlənilmir". SİA-nın xəbərinə görə, bu barədə hərbi ekspert Cəsur Məmmədov deyib. O bildirib ki, müharibə ehtimalından danışılırsa, ilk öncə Azərbaycanın addımlarını müzakirə etməliyik. Onun fikrincə, proseslərin indiki gedişatında Ermənistan tərəfindən hər hansı bir hücum xarakterli əməliyyat gözlənilmir.

Son 5 ildə müdafiə sənayesi komplekslərinin inkişafına xeyli sayda vəsaitin ayrıldığını deyən ekspert əlavə edib ki, bundan başqa, müxtəlif adda məhsullar istehsal olunur: "Cənubi Qafqazda hərbi qüvvələr balansı yaxın vaxtlarda müharibənin başlayacağını deməyə əsas vermir. Azərbaycan gerçək addım atmaq istəyirsə, Rusiya, eyni zamanda, Türkiyə və İranla bağlı müəyyən amilləri nəzərə almalıdır. Azərbaycan ilk növbədə danışıqlara getməli və razılaşdırılmış bir vəziyyətdə müəyyən rayonların geri qaytarılması əməliyyatını uğurla reallaşdırmalıdır. Bundan sonra da Azərbaycan Ermənistanı danışıqlar masasına dəvət etməli və onu müəyyən mövqeləri verməyə məcbur etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə