Rasim Ağayev: “İndi biz gərək heç kimdən heç nə gözləməyək” - AÇIQLAMA

Rasim Ağayev: “İndi biz gərək heç kimdən heç nə gözləməyək” - AÇIQLAMA
Cənubi Qafqaz zonasının yaxın geopolitik aləmində elə bir hadisələrin hər iki tərəfə, o cümlədən Dağlıq Qarabağdakı qeyri-mühüm hakimiyyətə elə bir təsiri olub ki, bunun nəticəsində stabillik aradan götürülüb. Bu barədə SİA-ya politoloq Rasim Ağayev deyib. O bildirib ki, bu məsələdə hansısa kompramis addım tapılmalıdır. Onun sözlərinə görə, indi obyektiv asayiş heç də danışıqların aparılması, münaqişənin sülh yolu ilə həlli üçün şərait yaratmır. ATƏT-in həmsədrləri gəlib, hər iki ölkənin liderləri ilə danışıqlar aparır.

"Bunlara həvalə olunub ki, onlar vasitəçiik göstərsin. Qarabağ problemi indi sonuna çatıb və bu məsələ dalana dirənib. Artıq Minsk qrupunun imkanları tükənib. Olmazmı ki, vasitəçilik olmadan bu məsələ iki ölkə arasında həll olunsun. Vasitəçilikdən Rusiya xeyir görür. Artıq bütün dünya görür ki, onu eşidirlər, amma məsələ həll olunmur. İndi biz gərək heç kimdən heç nə gözləməyək. Cəmiyyət, insan bəzən elə bir problemlə qarşılaşır ki, onu həll etmək imkanı yoxdur. Belə problemləri zamanın öhdəsinə buraxmaq lazımdır ki, zaman özü bunu həll etsin", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə