YAP Gənclər Birliyinin sədr müavini: “Ölkədə müxalifətin təxribatçı addımları heç bir nəticə verməyəcək”

YAP Gənclər Birliyinin sədr müavini: “Ölkədə müxalifətin təxribatçı addımları heç bir nəticə verməyəcək”
"Hər bir dövrdə və ölkədə gənclər cəmiyyətin əsas aparıcı qüvvəsi olub. Gənclər istənilən bir ölkədə bütün cəmiyyətlərin döyünən ürəyi, düşünən beynidir". Bu barədə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gəncləri Birliyinin sədr müavini Aygün Əliyeva deyib. O bildirib ki, tarix və zaman gənclərdən yaxşı mənada istifadə edən dövlətlərin həmişə böyük uğurlara imza atdığını sübut edib. Onun sözlərinə görə, Azərbaycanın da gənclər siyasəti bu gün parlaq dövrünü yaşayır və gənclər dövlətdə aparıcı qüvvədir.

Müxalifətin də öz çirkin və iyrənc məqsədlərini həyata keçirmək üçün bu qüvvədən istifadə etdiyini deyən A.Əliyeva vurğulayıb ki, ancaq bu istifadə pis istiqamətə yönəlib: "Ümumiyyətlə, gəncləri bu təxribatçılığa, dövlətə qarşı yönəltmək heç də düzgün bir addım deyil. Bu gün Azərbaycanın inkişafını dünyanın bir çox ölkələri qəbul edir. Ancaq təbii ki, bəzi xarici qüvvələr bu inkişafdan narahatdır və onları başa düşmək olar. Ölkədaxilində isə belə bir qüvvənin olmasını təəsüflə qeyd etməliyəm. Düşünürəm ki, gənclər artıq öz istiqamətlərini seçiblər, qərarlarını veriblər. Bu gün YAP Gənclər Birliyinin gənc üzvlərinin sayı 200 mindən çoxdur. Bu böyük bir gənclər ordusudur. Düşünürəm ki, ölkədə müxalifətin təxribatçı addımları heç bir nəticə verməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə