Seçki yaxınlaşır, müxalifət isə qızışır və qırışır... TƏRS BAXIŞ
Deputat olmaq xəyalına düşən düşərgə təmsilçiləri barışmaz düşmənə çevrilirlər
Parlament seçkiləri yaxınlaşdıqca, ölkədə seçki əhval-ruhiyyəsi də güclənir. Söz yox ki, ölkənin mühüm siyasi-ictimai gündəmi hesab olunan seçkilər və orada iştirak məsələsi əhəmiyyətli hesab olunur. Lakin bu xüsusda müxalifət düşərgəsində baş verənlər öz maraqlı nümansları ilə seçilir. Belə ki, müxalifət düşərgəsində təmsil olunan bir sıra partiya təmsilçiləri artıq eyni dairədən olan digər düşərgədaşları ilə sözün əsl mənasında savaşa giriblər. Daha dəqiq desək, eyni dairədən seçkilərdə iştirak edəcəkləri məlum olanların sosial şəbəkələrdə, mətbuatda qarşılıqlı söz atamacaları, hətta təhqirlər etmələri nəzərlərdən yanınmır. Bütün bunlar isə digər amili önə çıxarır – keçmişdəki paxırların açılması, daha öncəki illərdə kimin-kimə xəyanət etməsi və s. kimi məsələlər. Ümumiyyətlə, seçkilər məsələsi gündəmə gələndə xalq düşərgə təmsiçilərindən kimin-kim olduğunu daha yaxşı öyrənir.
Onların verəcəkləri səslər əslində heç nəyi həll etmir
Başqa tərəfdən isə, bir daha sübut olunur ki, eyni cinahda təmsil olunanlar əgər bir-birləri ilə yola gedə bilmirlərsə, ardıcıl ittihamlar, təhqirlər səsləndirirlərsə və siyasi iddialarına, dividentlərinə görə əl-qol savaşlarına qədər gedib-çıxırlarsa, onıların millət vəkilliyi şansları azalır. Belə ki, xalq dəyişilməyən, köhnə ab-havada qalan, meydan-küçə təfəkküründən aralana bilməyən kəsləri onsuz da qəbul etmir. Edənlər isə demək olar ki, cüzi və elektorat sayılmayacaq qədər külədir ki, onların verəcəkləri səslər əslində heç nəyi həll etmir. Daha doğrusu, qonum-əqraba, dost-tanış vasitəsi ilə imza toplayanların ciddi və önəmli seçkilərdə hər hansı uğur qazanması inandırıcı görünmür.
Müxalifət düşərgəsinin tör-töküntüləri bu dəfə də ofsayda qalacaqlar
Müxalifətin qızışması və qırışması faktı isə get-gedə güclənir və deputat olmaq istəyən müxalifətçilər bir-birlərinə qarçşı qənim düşmənlərə çevrilməkdədirlər. Hətta loyal olanlar, siyasi baxışlarını dəyişənlər belə, uğur qazanmaq ehtimallarının sıfıra bərabər olduqlarını yaxşı anlamaqdadırlar. Sadəcə, “mən də varam” deyilən prinsipi əllərində bayraq edib, “bəlkə də oldum” xəyallarına dalıblar. Xəyallarla isə, siyasəti səhv salmaq olmaz. Siyasət birmənalı olaraq ciddi faktor kimi qəbul edənlər uğur qazana bilərlər, amma siyasəti biznesə çevirənlər nəinki seçkilərə qatılmalıdırlar, əksinə daha əvvəllər buraxdıqları səhvlərini etiraf edib, üzr istəməlidirlər. Amma təəssüf ki, millət vəkilləri olmaq istəyən bir sıra müxalifət yönlü adamlar öz utopik düşüncələrindən ayrılmağı bacarmırlar. Bacarmadıqca isə, siyasi məzarlığa doğru süərtlə şütüyürlər.
Sz yox, xalq da görür ki, bu dövlətin, ölkənin inkişaf və tərəqqisi üçün əsl millət vəkilliyinə layiq olanlar mimlərdir və söz yox ki, belələrinə də səs verəcək. Müxalifət düşərgəsinin tör-töküntüləri isə, bu dəfə də ofsayda qalacaqlar. Bax bu reallıq özünü daha çox ehtiva etməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB