ABŞ Konqresində “Dağlıq Qarabağ münaqişəsi” mövzusunda konfrans keçiriləcək

ABŞ Konqresində “Dağlıq Qarabağ münaqişəsi” mövzusunda konfrans keçiriləcək

Milli Məclisinin bir qrup deputatı Vaşinqtona yola düşüb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Asim Mollazadə, Ceyhun Osmanlı və Rasim Musabəyov ABŞ Konqresində "Dağlıq Qarabağ münaqişəsi" mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün artıq martın 23-də Vaşinqtona yola düşüblər.

Toplantıda münaqişənin tarixi, törətdiyi fəsadlar, problemin həlli ilə bağlı fikir mübadiləsi aparılacaq, mövzu ilə əlaqədar həqiqəti əks etdirən sənədlər təqdim olunacaq.

Səfər zamanı Milli Məclisin deputatları Azərbaycan və Türk diaspor şəbəkələrinin keçirdikləri tədbirlərdə də iştirak edəcəklər. Səfər martın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə