Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini yenidən atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 23-də saat 20.30-dan 20.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 08.55-dən 09.00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB