Merkelin Rusiyaya səfəri gözlənilir

Merkelin Rusiyaya səfəri gözlənilir

Almaniya kansleri Angela Merkel yanvarın 11-də prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ölkələrin liderləri Suriya və Liviyadakı vəziyyəti, eləcə də Yaxın Şərqdəki eskalasiyanı müzakirə etməyi planlaşdırırlar.
"Danışıqlar zamanı beynəlxalq gündəmdəki aktual mövzuların, o cümlədən Suriya və Liviyadakı vəziyyətin, yanvarın 3-də Amerikanın Bağdad hava limanına endirdiyi hava zərbəsi nəticəsində Yaxın Şərqdəki gərginliyin artmasının müzakirə edilməsi nəzərdə tutulur", deyə Kremlin mətbuat xidməti tərəfindən bildirilir.
Həmçinin Ukrayna daxilindəki münaqişənin həlli məsələsinə baxılacağı da qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə