Politoloq: “Ermənistanın işğalçılıq siyasəti bir çox hallarda bəzi beynəlxalq təşkilatlar tərəfindən oyuncağa çevrilməkdədir”

Politoloq: “Ermənistanın işğalçılıq siyasəti bir çox hallarda bəzi beynəlxalq təşkilatlar tərəfindən oyuncağa çevrilməkdədir”

"Ermənistanın işğalçılıq siyasəti, bizləri narahat edən Dağlıq Qarabağ problemi bir çox hallarda bəzi beynəlxalq təşkilatlar tərəfindən oyuncağa çevrilməkdədir. Mən inanmıram ki, bir il ərzində fəaliyyətdə olan ATƏT-in həmsədləri hansısa ciddi məsələləri həll etməyə qadir olsun". Bu barədə SİA-ya açıqlamasında politoloq Fikrət Sadıxov deyib. O bildirib ki, onlar tərəfindən bəyanatlar səslənir, səfərlər həyata keçirilir.

Hətta indiki sədrin Ermənistana gedib yeni nəsl nümayəndələri ilə görüşmək istədiyini deyən politoloqun sözlərinə görə, onlar xahiş ediblər ki, ATƏT sədri Dağlıq Qarabağda əhali ilə görüşərək öz sözünü desin, əhalinin problemlərini eşitsin: "Düşünürəm ki, bu xoşagəlməz məqamlardır. Çünki ATƏT sədri Ajubalis indiyə qədər mülayim bəyanatlar verməklə məşğul olur. Vasitəçilərdən imtina etmək çox mürəkkəb məsələdir. Onlardan imtina etmək lazımdır, ona görə yox ki, onların limiti qurtarıb, indiyə qədər bizimlə oyun oynayırlar, qane etməyən təkliflər irəli sürürlər. Birmənalı şəkildə demirlər ki, bu torpaqlar işğal olunub, ermənilər bu qərarları qəbul etsin və torpaqarı azad etsin!".

Bütün xəbərlər Facebook səhifəmizdə