Bir qrup erməni gənc Türkiyə vətəndaşlarının üzərinə hücum çəkib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbəriə görə hadisə hər il ənənəvi olaraq keçirilən Paris Kitab Sərgisində baş verib. Paris Kitab Sərgisində ermənilər Türkiyənin stendinə basqın ediblər. Səbəb isə Türkiyənin stendində nümayiş etdirilən "Türklərin 2000 illik tarixi" adlı kitab olub. Türkiyənin stendinə qışqıra-qışqıra basqın edən erməni gənclər burada nümayiş etdirilən kitabların üzərinə "İnkara yox!" etiketləri yapışdırıblar. "Nor Seround" adlı təşkilatın üzvü olduğu bildirilən gənclər "Erməni soyqırımını inkara yox!" şüarını səsləndirməklə sərgi salonunu tərk ediblər. Sərginin təşkilatçıları tərəfindən pulsuz paylanan bu kitabda "erməni soyqırımı" iddiaları ilə əlaqədar tarixi faktlar yer alıb. İnsidentlə əlaqədar Türkiyənin Parisdəki səfiri Tahsin Burcuoğlu Fransa hökumətindən insidentlə bağlı yazılı açıqlama tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB