Rusiyanın müdafiə naziri ABŞ-ın Liviyaya hücumlarını tənqid edib

Rusiyanın müdafiə naziri ABŞ-ın Liviyaya hücumlarını tənqid edib
Rusiyanın müdafiə naziri Anatoli Serdyukov ABŞ-ın müdafiə naziri Robet Geytslə görüşüb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ müdafiə naziri Robet Geytslə görüşündən sonra çıxış edən Rusiyanın müdafiə naziri Anatoli Serdyukov sərt bəyanatları ilə yadda qalıb. Birləşmiş Ştatların Liviyaya hava hücumlarını tənqid edərək, hücumlar zamanı mülki vətəndaşların da öldürüldüyünü deyən Serdyukov: "Mülki vətəndaşları qorumaq üçün hava hücumlarına əl atmaq deyil, Liviya hökuməti ilə danışıqlar aparılmalı idi", - deyə, o əılavə edib.
ABŞ müdafiə naziri Robert Geyts isə öz növbəsində irəli sürülən ittihamları rədd edərək, hadisələrin məsuliyyətini mülki vətəndaşlara hücum edən Liviya lideri Müəmmər Qəzzafinin üzərinə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə