Fransa Nüvə Təhlükəsizliyi Agentliyi: “Radioaktiv bulud bu axşam Fransa səmasına çatıb”
Yaponiyadakı "Fukusima-1" atom-elektrik stansiyasındakı qəzalar nəticəsində havaya qalxmış radioaktiv hissəciklər Yaponiyadan şərqə hərəkət edərək Sakit Okean, Şimali Amerika və Atlantik Okeanı keçərək artıq Farnsaya çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda xəbəri Fransa Nüvə Təhlükəsizliyi Agentliyi (ASN) də təsdiq edib: " Radioaktiv bulud ötən axşam Fransa səmasına çatıb". "Fukusima-1" AES-nin operator şirkəti TEPCO-nun vitse-prezidenti Norio Sudzumi isə bu gün Fukusima prefekturasının Okuma şəhərinin sakinləri qarşısında çıxış edərək onlardan üzr istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB