ABŞ-ın müdafiə naziri Robert Qeyts Rusiyada səfərdədir. SİA-nın xəbərinə görə, bu barədə məlumatı "İTAR TASS" agentliyi yayıb. Onun ilk növbədə Rusiyanın müdafiə naziri Anatoli Serdyukov, daha sonar Rusiya prezidenti Dmitri Medvedevlə görüşəcəyi gözlənilir. Tərəflər arasında Birləşmiş Ştatların Avropada müdafiə sistemləri yerləşdirməsi də daxil edilməklə, hərbi və texnoloji əməkdaşlıq məsələləri müzakirə ediləcək. Rusiya belə bir addımın hər iki tərəfin təhlükəsizliyinə hədə olduğunu deyərək, ABŞ-ın Avropada müdafiə sistemləri yerləşdirməsinin əleyhinə çıxır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB