Yəmən prezidenti Əli Abdullah Saleh səlahiyyətlərini müxalifətin tərəfinə keçmiş hərbi komandanlığa təhvil verməyəcəyini deyəndən sonar ölkədaxilində vəziyət gərginləşib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu xəbərdən sonra həm hökumət tərəfdarları, həm də hökumət əleyhdarları paytaxt Sənanın küçələrinə axışıb. Ordunun 1-ci Silahlı Bölüyün komandiri, general mayor Əli Möhsen Əl-Əhmər tank və zirehli maşınları ölkənin Müdafiə Nazirliyinin, dövlət televiziyasının binasının, Səna Mərkəzi Bankının qarşısına və eləcə də hökumət əleyhinə etirazların episentrinə çevrilmiş mərkəzi Səna meydanına çıxarıb.
Bunun əvəzində isə Salehin oğlu rəhbərlik etdiyi Respublika Qvardiyasını prezident sarayının qarşısına çıxarıb. Yəmən Silahlı Qüvvələri Ali Şurasının iclasında çıxış edən ölkə başçısı Əli Abdullah Saleh deyib ki, hərbi qurumlar arasında istənilən fikir ayrılıqları, ümumilikdə millətə mənfi təsir edəcək. Onun sözlərinə görə, hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmək istəyənlər isə bilməlidirlər ki, bu qeyri-mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB