Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Beynəlxalq Novruz Günü münasibətilə rəsmi tədbir keçirilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən SİA-ya verilən məlumata görə, tədbir Azərbaycanın təşəbbüsü əsasında BMT çərçivəsində qəbul edilmiş Beynəlxalq Novruz Günü adlı A/RES/64/253 saylı 23 fevral 2010-cu il tarixli qətnamə əsasında baş tutub.
Tədbir adı çəkilən qətnamənin Azərbaycan başda olmaqla həmmüəllifərin - Albaniya, Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistanın təşəbbüsü əsasında keçirilib. Geniş tərkibli iştirakçılar bütün üzv ölkələrin BMT yanında daimi nümayəndəliyinin diplomatları və həmmüəllif ölkələrin ABŞ-dakı diaspora üzvlərini əhatə edib.
Tədbiri BMT Baş Assambleyasının 65-ci sessiyasının prezidenti Cozef Deyz açıb və BMT baş katibinin müraciəti oxunub. Daha sonra Tacikistanın mədəniyyət naziri, Albaniya, Azərbaycan, Əfqanıstan, Hindistan, İran, Qazaxsan, Qırğızıstan, Türkiyə, Türkmənistanın BMT yanında daimi nümayəndələri çıxış ediblər.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev çıxışında Novruzun beynəlxalq səviyyədə qeyd edilməsinin Azərbaycanın təşəbbüsü əsasında reallaşdığını iştirakçıların diqqətinə çatdırıb, Novruz adət-ənənələrinin və onların müxtəlif təbii, sosial və digər qaydalarla həmahəngliyi barəndə məlumat verib. O, Beynəlxalq Novruz Gününün mədəniyyətlər və dinlərarası dialoqa öz növbəti töhfəsini verəcəyini önə çəkib.
Digər həmmüəllif ölkələrin BMT yanında daimi nümayəndələri də çıxış edərək, Novruzun həm milli, həm də beynəlxalq səviyyədə qeyd edilməsi ilə bağlı öz təcrübələri barəsində məlumat veriblər. Rəsmi tədbirdən sonra bütün iştirakçılara Novruz şirniyyatları və yeməklərindən ibarət rəsmi ziyafət verilib.
Novruz bayramının BMT çərçivəsində qeyd olunmasının davamı kimi TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycan, Qazaxıstan və Türkiyədən olan mədəniyyət xadimlərinin iştirakı ilə martın 24-də BMT-də, martın 26-da isə Nyu-Yorkun "Toun Hall" zalında geniş konsert veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB