Bakının Sabunçu rayon Polis İdarəsinin yeni inzibati binası istifadəyə verilib
Bakının Sabunçu rayon Polis İdarəsinin yeni inzibati binası istifadəyə verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, açılış mərasimində daxili işlər naziri Ramil Usubov da iştirak edib. Nazir açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
DİN-in Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əliyev yeni inzibati binanın texniki göstəriciləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bünövrəsi ötən ilin aprelində qoyulmuş 4 mərtəbədən ibarət tikilinin ümumi sahəsi 2850 kvadradmetrdir. Yeni tikilidə 62 xidməti otaq, yeməkxana, 233 nəfərlik akt zalı, həmçinin müvəqqəti saxlama təcridxanası vardır.
Ən müasir standartlara uyğun tikilmiş bina bütün zəruri avadanlıqlarla, inventar və kommunikasiyalarla təchiz edilib. Binada mərkəzi istilik sistemi, qazanxana, split tipli kondisionerlər, ventilyasiya, rabitə-kommunikasiya xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi dekorativ metal şəbəkə ilə hasarlanıb, abadlıq və yaşıllaşdırma işləri görülüb, binanın fasadı müasir işıqlandırılma sistemi ilə təchiz olunub.
General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, akt zalına, yardımçı sahələrə baxıb, ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına diqqət və qayğısını əks etdirən fotostend və guşələrlə tanış olub.
Görülən işləri yüksək qiymətləndirən nazir R.Usubov Rayon Polis İdarəsinin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə etmiş, müvafiq tapşırıq və tövsiyələrini verib.
Ramil Usubov Polis İdarəsinin şəxsi heyəti bu diqqət və qayğıya rayon ərazisində sabitliyin, əmin-amanlığın qorunmasında və cinayətkarlıqla mübarizədə nümunəvi xidməti ilə cavab verəcəyinə əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB