Ötən ilin may ayında Kür və Araz çaylarında baş vermiş daşqınlardan sonra bəndbərkitmə, eləcə də tikinti işlərinə başlanılıb. SİA-nın Aran bürosuna Sabirabad rayon Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin iş icraçısı Raməddin Umudovun verdiyi məlumata görə, hal-hazırda Sabirabad rayonu ərazisində bəndbərkitmə işləri aparılır.
Tikilmiş bəndlərin üst hissəsi 8 metrdir, yamacları isə tam möhkəmlənib. Bəndlərin hündürlüyü 2010-cu ildə Kür və Araz çaylarında suyun qaldığı yüksək səviyyədən 1 metr artıqdır. Hal-hazırda sahilbərkitmə işləri gedir. İndiyə qədər yəni, ötən il 320 km yeni bənd tikilərək istifadəyə verilib. Bu il isə 317 km bənd tikintisi nəzərdə tutulub. Yaz aylarında Kür və Araz çaylarında suyun artması müşahidə edilsə də heç bir fəsad gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB