Bu bələdiyyə üzrə seçkinin nəticələri ləğv edildi

Bu bələdiyyə üzrə seçkinin nəticələri ləğv edildi

Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib. SİA-nın məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib. Bildirilib ki, MSK-ya daxil olan müraciətdə qeyd olunub ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində bəzi qanun pozuntuları baş verib.

MSK nəzdində Ekspert qrupu tərəfindən şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb. MSK-nın iclasında müzakirələrdən sonra qərara alınıb ki, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə