“Onun yekə-yekə danışmağı...” - İlqar Məmmədova İTTİHAM

“Onun yekə-yekə danışmağı...” - İlqar Məmmədova İTTİHAM

“REAL” partiyasının sədri İlqar Məmmədovun son günlər publikaya işləyən “fəallaşması” və bunun üçün hakimiyyətə qarşı sərsəm fikirlərlə çıxış etməsi siyasi-ictimai rəydə də birmənalı qarşılanmadı, hətta sərt şəkildə ittihamlara məruz qaldı. Maraqlı məqamlardan biri də budur ki, “REAL” sədrinə ilk cavab verənlərdən biri də jurnalis cameəsindəndir, daha dəqiq desək, Taleh Şahsuvarlı. O, İ.Məmmədova “Facebook” sosial şəbəkəsi ilə cavab erərək yazıb ki: “2009-cu ilin yanvar ayında təsis olunan, ötən 10 ildən çox müddətdə ortabab bir partiyaya çevrilə, üstəlik, təsisçilər komandasını belə qoruyub saxlaya bilməyən "REAL" adlı dərnəyin sədri İlqar Məmmədov bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevə xitabən hətərən-pətərən danışdı. Gözləyirdim ki, bu qeyri-ciddi siyasətçinin cavabını hakimiyyətin dəstəyini qazanaraq artıq 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə qatılmış "təzə" namizədlər versinlər, ancaq heç birinin cınqırı çıxmadı. Ancaq onun belə yekə-yekə danışmağı prezident İlham Əliyevin prinsipial tərəfdarlarından biri olaraq mənim tərəfimdən cavabsız buraxıla bilməz".

“REAL” sədrinin yerlərdə dayaqları yoxdur, təşkilatı zaydır, seçkilərdə qarğı at çapır...”

O, "REAL" partiyasının sədri İlqar Məmmədovu seçki kampaniyasında "qarğı at" çapmaqda ittiham edib və qeyd edib ki, “REAL” sədrinin yerlərdə dayaqları yoxdur, təşkilatı zaydır, seçkilərdə qarğı at çapır...

Daha bir maraqlı məqam jurnalistin onu meydana dəvət etməsi və hər an ona qalib gələ bilməsi fikirləridir. SİTAT: “...Nəhayət, Azərbaycanda 125 dairə var. İlqar Məmmədov o dairələrin hansından istəyirsə, namizədliyini versin, tam səmimiyyətlə deyirəm, həmin seçki bölgəsində heç bir administrativ dəstəyə arxalanmadan, ən ədalətli seçki şərtlərinə uyğun şəkildə onunla yarışmağa, qalib gəlməyə, xalqın dilindən və ruhundan uzaq bu "5-ci kolon" nümayəndəsini qutuya gömməyə hazıram. Haydı, İlqar Məmmədov, açıqla dairəni!”

İlgincdir ki, İ.Məmmədov jurnalistin haqlı qeydlərinə və ittihamlarına cavab verə bilməyib. Görünür ki, gec də olsa nə qədər ciddi səhvə yol verdiyini anlayıb. Hər halda, onun hətərən-pətərənliyi cavabız qalmayıb və zərbəsini qazanıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə