Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində (CÇM) saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə bir daha görüşüb, onun vəziyyətini araşdırıblar. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, söhbət zamanı E.Fətullayev səhhətində bəzi narahatlıqların olduğunu, həkim müayinəsindən keçdiyini və dərman preparatları ilə təmin edildiyini bildirib.
Məhkum 1 saylı CÇM-nin rəhbərliyi və əməkdaşları tərəfindən ona qarşı rəftardan şikayət etməyib. CÇM-in rəisi məhkumun səhhətinin nəzarət altında olduğunu və müəssisədə onun həyatına təhlükə olmadığını söyləyib, lakin E.Fətullayevin öz xahişi ilə CÇM-in zirzəmisi olmayan birmərtəbəli binada cərimə təcridxanasının kamerasında təhlükəsiz şəraitdə tək saxlandığını qeyd edib.
Aparatın əməkdaşları məhkuma bildiriblər ki, ombudsman onun vəziyyətini diqqətdə saxlayır və həkim müayinəsindən keçməsi ilə bağlı 17 mart 2011-ci il tarixdə müəssisə rəhbərliyinə tapşırıq verib. Bundan sonra CÇM-in həkimi E.Fətullayevi ətraflı müayinə edib və müvəkkil bununla bağlı məlumatlandırılıb. Eyni zamanda, müvəkkil Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinə müraciət edərək, həmin məhkumun müayinə edilməsini və müvafiq tibb xidməti göstərilməsini tövsiyə edib. Baş Tibb İdarəsindən onun yaxın günlərdə bir daha müayinə ediləcəyi, mütəxəssislər tərəfindən ona lazımi tibbi yardımın göstəriləcəyi ombudsmana bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB