Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 namizəd müraciət edib. SİA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən, 11 nəfəri təşəbbüs qrupları, 1447 nəfər fərdi qaydada namizədliyini irəli sürüb.
M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 1348 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 1142 nəfəri isə imza vərəqələrin artıq götürüb. 159 nəfəri imza vərəqələrin dolduraraq geri qaytarıb və onlardan 27 nəfər qeydə alınıb. 74 nəfər isə özləri seçkilərdə iştiraklarını dayandrıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB