NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Tbilisi və Yerevana planlaşdırılan səfəri təxirə salınıb
NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Apapturayın gələn həftə Tbilisi və Yerevana planlaşdırılan ilk səfəri Şimali Afrikada baş verən hadisələrlə əlaqədar təxirə salınıb. SİA-nın xəbərinə görə, bu barədə məlumat NATO-nun mətbuat xidmətinin yaydığı xəbərdə yer alıb.
Xəbərdə, "Təəssüf ki, NATO-nun xüsusi nümayəndəsi Gürcüstana və Ermənistana səfərini təxirə salmağa məcbur olub. Alyansın baş katibi ona Şimali Afrikadakı vəziyyətin sabitləşdirilməsi üzrə siyasi əməliyyatların əlaqələndirilməsi üçün Brüsseldə qalmağı tapşırıb. Appaturay Cənubi Qafqaza ilk fürsət düşən kimi səfər edəcək, çünki NATO region ölkələri ilə münasibətlərə böyük önəm verir".
Qeyd edək ki, xüsusi nümayəndənin Bakıya səfərinin başqa vaxta keçirildiyi elan edilmişdi. Səfər martın sonlarına planlaşdırılmışdı, lakin ölkədə bu dövrdəki bayramlarla əlaqədar iyunadək təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB