Martın 18-də Azərbaycanın İtaliyadakı səfirliyi Novruz Bayramı münasibəti ilə İtaliyanın Milan şəhərində ziyafət təşkil edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, "Milan Marriott" mehmanxanasında keçirilən ziyafətdə 150 nəfərə yaxın qonaq iştirak edib. Qonaqlar arasında Milan şəhərinin və onun yerləşdiyi Lombardiya regionunun ictimaiyyətinin, xarici ölkələrin Milanda fəaliyyət göstərən konsulluqlarının, yerli mətbuatın, eləcə də Milan və onun ətraf bölgələrində yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Novruzun xalqımızın ən qədim ənənəvi bayramlarından olduğunu qeyd edib, bayram adətlərindən söhbət açıb. Novruz Bayramının eyni zamanda bir sıra digər ölkələrdə də qeyd edildiyini bildirən səfir bu bayramın artıq beynəlxalq səviyyədə tanındığını vurğulayıb. V. Sadıqov Novruz Bayramının YUNESKO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi, habelə 21 mart tarixinin BMT tərəfindən Beynəlxalq Novruz Günü elan edildiyi barədə məlumat verib.
Daha sonra musiqi proqramı olub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konsert zamanı muğam üçlüyü və rəqs qrupu qonaqlara Azərbaycanın xalq musiqisi və milli rəqslərindən nümunələr təqdim edib. Proqramda eləcə də italyan incəsənət ustalarının ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib.
Bayram ziyafəti zamanı, həmçinin Azərbaycana həsr edilmiş qısametrajlı film nümayiş olunub və ölkəmiz haqqında çap materialları təqdim edilib.
Azərbaycanın İtaliyadakı səfirliyi 2011-ci ildə Roma və İtaliyanın digər bölgələrində ölkəmizin müstəqilliyini bərpa edilməsinin 20 illiyinə həsr edilmiş bir sıra mədəni tədbirlərin təşkili planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB