Taxıl əkinlərinin vəziyyəti və qarşıdakı vəzifələrlə bağlı müşavirə keçirilib
Quba rayonunda “Respublikanın şimal bölgəsində payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib. SİA kənd təsərrüfatı nazirliyinin saytında qeyd olunan məlumata istinadən xəbər verir ki, tədbirdə Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Abşeron və Qobustan rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəssisləri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib ki, payızlıq taxıl bitkilərinin səpini üçün iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq ümumilikdə respublikanın əksər rayonlarında taxıl bitkilərinin səpini optimal müddətdə, yəni oktyabr-noyabr ayılarında aparılaraq bir milyon hektardan çox payızlıq taxılların səpini başa çatdırılıb.
Müşavirədə taxıl sahələrinin fitosanitar vəziyyəti, növbəti mərhələlərdə aparılacaq aqrotexniki tədbirlərin yerinə yetirilməsi üçün pestisidlərdən vaxtında və düzgün istifadə edilməsi və yemləmə gübrələri ilə təminatın vəziyyəti şimal rayonlarının DAİM rəhbərlərinin və Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin iştirakı ilə müzakirə edilib.
Tədbirdə taxıl sahələrinin suvarılmasının intensivləşdirilməsi, alaq otları və ziyanvericilərə qarşı mübarizə aparılması məqsədilə təsirli tədbirlərin həyata keçirilməsi tapşırılıb və nəticəsi barədə müntəzəm məlumatların təqdim olunması qərara alınıb.
Tədbirin sonunda Quba rayonunun bir neçə kəndində taxıl sahələrinə baxış keçirilib, müvafiq məsləhətlər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB