Müxalifət Əli Kərmli barədə hər zaman belə düşünüb TƏRS BAXIŞ

Müxalifət Əli Kərmli barədə hər zaman belə düşünüb TƏRS BAXIŞ

Yaxud, AXCP sədrinə daha bir xatırlatma

AXCP-nin sədri zaman-zaman bütövlükdə müxalifət düşərgəsinin onunla açıq olmasa da, qapalı razılaşmalara getdiyini idddia edib. Lakin cəbhəçilərin sədrinin vaxtaşırı bu cür fikirlər irəli sürməsi heç vaxt siyasi müxalifət düşərgəsində özünə hörmət qoyan şəxslər tərəfindən qəbul olunmayıb. Elə qarşıdan gələn parlament seçkiləri ərəfəsində də, Əli Kərimlinin gah boykot, gah da mitinq iddiaları ilə çıxış etməsi həm ictimai rəydə, həm də düşərgədə sadəcə gülüş doğurur. Hətta belə demək olar ki, Müxalifətin digər cinahları hər zaman AXCP sədri haqqında istehzalı düşünüb.

Vaqif Hacıbəyli demişdi ki, Əli Kərimli “kraldan çox kral” olmaq istəyir və belə addımları ilə tərbiyəsizlik göstərir

Misal üçün, hələ iki il əvvəl onun referendum ərəfəsində də ölkədə ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinə düşərgənin tanınmış fərdləri tərəfindən heç bir dəstək göstərməyib, hətta o araqarışdırmaçılıqda və s. bu kimi məsələlərdə ittiham olunub. Özü də onu ittiham edənlərdən biri Müsavat başqanı Arif Hacılının qardaşı, “Əhrar” partiyasının sədri Vaqif Hacıbəyli olmuşdu. Məsələn, Ə.Kərimlinin icazəsiz mitinq keçirmək çağırışlarına sosial şəbəkə vasitəsi ilə cavab yazan V.Hacıbəyli ironik tərzdə yazmpışdı ki, AXCP-nin sədri “kraldan çox kral” olmaq istəyir və belə addımları ilə tərbiyəsizlik göstərir.

“Əhrar” partiyasının sdəri: “Əgər müxalifətin “Milli Şura”da təmsil olunan hissəsindən başqa kimlərsə onun siyasi liderliyini qəbul etsəydi...”

XATIRLATMA: “İndiki halda, Əli Kərimlinin siyasi mövqeyini başa düşmək və düzgün qiymətləndirmək lazımdır... Bu mənada onun müxalifətin lideri statusu uğrunda apardığı mücadilə çoxsaylı tənqidlərə məruz qalsa da, tamamilə təbiidir. Əgər müxalifətin “Milli Şura”da təmsil olunan hissəsindən başqa kimlərsə onun siyasi liderliyini qəbul etsəydi, onda Əli Kərimli “Milli Şura”da təmsil olunmayan qüvvələrlə də əməkdaşlığa maraqlı olacaqdı. İndiki halda isə onun siyasi maraqları tam idarəçiliyində olan “Milli Şura”dan başqa müxalifətin olmadığını iddia etməyə vadar edir...”

Bəli, “Əhrar”çıların sədrinin hələ bir neçə il əvvəl AXCP sədri barədə “indiki halda” tipində işlətdiyi ifadəsi elə hazırda da indiki hala təsadüf edir. Daha doğrusu, Ə.Kərimli iki il əvvəl də, ondan ötəki illərdə də, hazırda da dəyişilməyən, yerində addımlayan, “məndən başqa müxalifətdə lider yoxdur” kimi ucuz təfəkkürlə necə deyərlər, ortada atlanıb-düşür. Amma onun sözləri əlbət ki, həm siyasətdən kənar olan, həm də siyasətdə olan şəxslər tərəfindən məsxərəyə qoyulur. Zaman dəyişsə də, ölkədə ciddi siyasi və s. islahatlar baş versə də, V.Hacıbəyli demişkən, “kraldan çox kral olmaq istəyən adam” islah olunmur ki, olunmur. Nə etmək olar, bunu özü istəyir. Atalar demişkən, özü yıxılan ağlamaz. Yəqin ki, çox yaxın zamanlarda bizlər AXCP sədrinin “Milli Şura”dakı siyasi tutuquşularının onun siyasi meyidi üzərində necə ağlaşma qurduqlarının da şahidlərinə çevriləcəyik...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə