Neftçala rayonunda Novruz bayramı münasibəti ilə tədbir keçirilib. SİA-nın Aran bürosunun məlumatına görə, bayram tədbiri Neftçalanın mərkəzində ictimaiyyət nümayəndələrinin, sadə zəhmətkeşlərin, eləcə də rayon rəhbərliyinin iştirakı ilə qeyd olunub.
Konsert proqramı ilə keçirilən el şənliyində Neftçala rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, xalqımız uzun əsrlərdən bəri formalaşan, təşəkkül tapan milli ənənələrinə sadiq olaraq əziz, müqəddəs bayramımız olan Novruzu təntənə ilə qarşılayır. Bütün xalqların həyatında sevilən bayramlar olub. Bu bayramlar tarixin sınaqlarından süzülərək dövrümüzə qədər gəlib çıxmışdır ki, onun əsasını humanist, bəşəri, milli ideyalar təşkil edib. Novruz bayramı xalqımızın birlik həmrəylik rəmzi hesab olunduğunu nəzərə alaraq Ulu Öndərimiz Heydər Əliyev bütün dövrlərdə xalqla birgə bu bayramı təmtəraqla, sevinclə keçirər, təbliğ edərdi.
Dahi öndərin "Novruz milli birlik, vətəndaş həmrəyliyi, insanlar arasında sıx ünsiyyət, səmimiyyət və mehribanlıq bayramıdır", kəlamını xatırladan rayon rəhbəri bildirib ki, Novruzun beynəlxalq təşkilatlar tərəfindən dünya mədəniyyəti irs siyahısına salınıb.
Rayon rəhbəri ölkədə Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasında bəhs edərək Neftçalada görüləcək işlərdən və həlli vacib məsələlərdən danışaraq, sonda sakinləri bayram münasibəti ilə təbrik edərək ən xoş arzularını çatdırıb.
Bayram tədbiri musiqiçilərin təşkil etdiyi konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB