Partiyanın başqan müavini Osman Kazımov Qubad İbadoğlunun onu təhqir etməsi iddiasını irəli sürüb
Müsavat partiyasından deputatlığa namizədliyi irəli sürülmüş başqan müavini Osman Kazımovla “Azərbaycan Demokratiya və Rifah” hərəkatının sədri Qubad İbadoğlu arasında qarşıdurma yaranıb. Belə ki, birinci iddia edib ki, “ADR” sədri sosial şəbəkələrdə onu təhqir etdirir, eləcə də, həmin təhqirlər “Facebook”da “Fizulililər” səhifəsində ictimailəşdirilir. Müxalifətçilərin bu istiqamətdəki qarşıdurmaları bu gü də davam edir və məsələnin məhkəməyə qədər gedəcəyi də bildlrilməkdədir.
Beləliklə, “Qubad İbadoğlunun tərəfdarlarının “Fizulililər” səhifəsində mənim ünvanıma təhqiramiz ifadələr işlətməsi yaxşı hal deyil”, deyən Müsavat partiyasının başqan müavini əlavə edib ki, 2005-ci il parlament seçkiləri zamanı o, 84-cü dairədən “Azadlıq” blokunun ilk müəyyən olunmuş namizədi idi. Məhz bu və digər müəyyən səbəblərə görə də, Q.İbadoğlunun xeyrinə namizədliyini verməyib. SİTAT: “Baxmayaraq ki, Qubad İbadoğlunun Fizuli ilə elə bir baglılığı yox idi. Onun qələbə çalması üçün ciddi dəstək verdim”.
Həmin dövrlərdə mətbuat vasitəsi ilə fizulililərə müraciət etdiyini də xatırladan müsavatçı funksioner təhqirlərə qarşı susacağını bildirib. “Nə mən nə də məni müdafiə edənlər təhqirlərə cavab verməyəcəyik”.
Qeyd edək ki, sosial şəbəkədəki söz atışmaları bu gün də davam edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB