İqtisadi göstəricilər həqiqətənmi Paşinyanın istədiyi kimidir? ANALITIK
Erməni iqtisadçı ekspertləri belə düşünmürlər
“Heç vaxt iqtisadi göstərici fəallığını iqtisadi inkişaf kimi göstərmək olmaz”. Bu fikirləri Ermənistanın tert.am saytına erməni iqtisadçı Vardan Bostancyan baş nazir Nikol Paşinyanın sosial şəbəkədək iqitisadi fəallığı iqtisadi inkişaf kimi təqdim edən şərhinə münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, Paşinyanın 2019-cu ilin noyabrının iqtisadi rekord qazanması iddiası ümumiyyətlə, doğru düşüncə deyil.
“Əgər ölkədəki inkişafı göstərmək istəyirsənsə, bu zaman ÜDM və investisiya vəziyyətini bərabərləşdirmək olmaz. Əgər bu iki amil yoxdursa, onda digər məsələlərdə hətta kosmik göstəricilər də heç nədir”, Bostancyan deyib.
Erməni iqtisadçı hesab edir ki, baş nazir tərəfindən təqdim edilən göstəricilər nəinki mütəxəssisləri, eləcə də vətəndaşları qane edə bilməz: “İstənilən halda vətəndaşlar bir məsələni fiksasiya edə bilərlər: onlar bu gün dünəndən yaxşı yaşayırlar, yoxsa ki, yox”.
Vardan Bostancyan: “Hökumətin bu cür yanaşmaları heç vaxt uğur keyfiyyəti olaraq qəbul edilə bilməz”
“Əgər bu müşahidə edilmirsə, onda iqtisadi fəallığın indeksini 30% hesabında təsəvvür etmək olar, bununla isə, heç nə dəyişilə bilməz”, deyən iqtisadçı ekspert onu da bildirib ki,hakimiyyət dəyişikliyindən sonra punktlu göstəricilərin uğur kimi göstərilməsi adi bir hala çevrilib: “Hökumətin bu cür yanaşmaları heç vaxt uğur keyfiyyəti olaraq qəbul edilə bilməz”.
O, həm də əlavə edib ki, bəzi insanlar hələ də eyforiyada qalıblar və Paşinyanın belə fikirlərini qəbul edirlər: “Onlar sevinməyə davam edirlər. Belə elektoratı saxlamaq üçün məhz bu cür “göstəriciləri” demək lazımdır.
Qrant Baqdasaryan: “Əlavə tədbirlər planları görməsələr vəziyyət daha da pisləşə bilər”
Digər erməni iqtisadiyyatçısı Qrant Baqratyan da həmkarı kimi, Ermənistandakı iqtisadiyyatın uğursuzluqları ilə bağlı fikir bildirib. O, qeyd edib ki, 2020-ci və 2021-ci illərdə ölkənin iqtisadi göstəriciləri 2019-cu ilinkindən geri qalmayacaq, yəni heç bir inkişaf müşahidə olunmayacaq. O, bu sözlərini “Siyasi iqtisadiyyat” araşdırmalar institunun ilin yekunları ilə bağlı konfransında deyib.
“Hakimiyyətin bəzi ididaları öz məntiqini göstərmir və bütün bunlar bir daha sübut edir ki, əgər Paşinyan hökuməti əlavə tədbirlər planları görməsələr vəziyyət daha da pisləşə bilər”, Baqratyan bildirib.
Beləlikə, fakt budur ki, Ermənistan hakimiyyətinin iddialarına baxmayaraq, ölkə iqtisadiyyatı çöküş dövrünü davam edir və Paşinyanın iddiaları sadəcə daxili publikaya hesablanmış dırnaqarası siyasi gedişdir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB