Arzu Rəhimov: “Ötən il 9500-ə yaxın əcnəbi şəxs ölkə ərazisindən çıxarılıb”- FOTO
Azərbaycanda bu gün miqrantların sayını dəqiq deməkdə əsas problem ondadır ki, ölkəmizə gələn əcnəbilərin sayında hər an dəyişikliklər olur. SİA-nın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimov bildirib.
O qeyd edib ki, bu rəqəm dəyişir, çünki insanlar durmadan ölkəmizə axın edir: "Ancaq onu bilirik ki, ölkəmizə təqribən 400 mindən artıq əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan insanlar gəlir. Bu rəqəmlər ancaq hazırkı statistik məlumatlardır. Ola bilsin ki, sabah üçün rəqəmlər tamamilə dəyişdi. Azərbaycana ən çox qonşu ölkələrdən- Rusiya və Gürcüstandan əcnəbi vətəndaşlar gəlirlər. Bildiyimiz kimi bu ölkələrin vətəndaşları əslən Azərbaycan mənşəli şəxslərdir. Bu ölkələrlə yanaşı, eləcə də İran və Türkiyədən də gələnlər var. Təbii ki digər Avropa ölkələrindən də əcnəbi şəxslər var".
Qanunsuz miqrasiyaya qarşı mübarizə fəaliyyətimizin bir hissəsidir deyən xidmətin rəhbəri bildirib ki, təbii bu işlərində öz nəticələri var: "Belə ki, 2010-cu il üçün təqribən 16 mindən artıq inzibati hüquqi pozma halları qeydə alınıb və təxminən 9500-ə yaxın əcnəbi şəxs ölkə ərazisindən çıxarılıb. Bu işlər bu gün də davamlı şəkildə davam etdirilir. Nə qədər ki, Azərbaycana gələn və gedən əcnəbi vətəndaşlar varsa bu hal çox təbii prosesdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB