Mübariz Qurbanlı: "Xankəndində ermənilər istəyir aeroport tiksin, istəyir kosmadrom xeyri yoxdur, onsuzda bizə qalacaq" - AÇIQLAMA
Azərbaycan əhalisi radikal çağırışların əleyhinədir. Bu sözləri SİA-ya açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Müsavat Partiyasının keçirmək istədiyi icazəsiz aksiyalara münasibət bildirərkən deyib.
O, qeyd edib ki, nüamyişlər üçün dövlət tərəfindən müvafiq yelər ayrılıb: "Mitinq istəyirlərsə müvafiq ayrılan yerlərdə etsinlər. Əks təqdirdə bu cür cəhdlərin qarşısı qətiyyətlə alınacaq".
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərində ermənilərin inşa etdiyi hava limanına gəlincə, "Xankəndində ermənilər istəyir aeroport tiksin, istəyir kosmadrom xeyri yoxdur. Hər halda oranı geri qaytaranda hava limanı bizə qalacaq", Mübariz Qurbanlı belə deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB