Bu gün Novruz bayramı münasibətilə Bakı şəhərində böyük və möhtəşəm bayram şənliyi keçirilir. SİA-nın xəbərinə görə, bayram tədbirləri paytaxt sakinləri üçün sürpriz şəklində hazırlanıb. Bayram tədbirlərinin əsas hissəsi yenə də Milli Parkda hazırlanıb. Milli Parkda baş tutan tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir. Qız Qalasından Saat Qülləsinə qədər olan ərazidə rayon və şəhərləri təmsil edən stendlər quraşdırılıb, hər bir rayona xas olan şirniyyat növləri, mətbəx və mədəniyyət nümunələri, regionların adət-ənənələrinə uyğun folkor nümunələri nümayiş olunub. Orada Azərbaycan mətbəxi təqdim olunub, bölgələrdən gələn musiqi və folklor kollektivləri çıxış ediblər, pəhləvanlar, kəndirbazlaraşıqlar, meyxana ustaları, incəsənət ustaları xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər. Bir sözlə, Novruzun bütün siması bulvarda nümayiş olunub.
Bayram şənliyində iştirak edən paytaxt saknləri də hər bir şeyin çox yüksək səviyyədə təşkil olunduğu və böyük zövq aldıqlarını qeyd ediblər.
Qeyd edək ki, Bakı və rayonlarda Novruz bayramı münasibətilə təşkil edilən şənliklər hələ bir neçə gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB