Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalqımızın ən əziz bayramı olan Novruz münasibətilə Bakıda, Qız qalasının qarşısında təşkil olunan mərasimdə iştirak ediblər. SİA-nın xəbərinə görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün meydana gəliblər. Buraya toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.
Sonra Azərbaycan prezidenti və xanımı Milli Parka gəliblər. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər. İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, bədii özfəaliyyət kollektivləri, pəhləvanlar, kəndirbazlar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər.
Prezident İlham Əliyev və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Dövlətimizin başçısına və xanımına hədiyyələr təqdim olunub. Prezident İlham Əliyev onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB