“Müxalifətin çirkin istəkləri baş tutmayacaq” RƏY-ÖZƏL

“Müxalifətin çirkin istəkləri baş tutmayacaq” RƏY-ÖZƏL

"Aksiyalar keçirmək üçün dövlətə müraciət etmək lazımdır". Bunu SİA-ya açıqlamasında “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Onun sözlərinə görə, konkret olaraq Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət olunmalıdır: "Əgər icazə verilərsə bundan sonra aksiyaları keçirilə bilərlər. Bu məsələnin hüquqi, qanuni tərəfidir. Digər tərəfdən isə mənəvi, sosial, siyasi tərəfidir ki, əgər hansısa hədə yolu ilə aksiya keçirmək istəyirsə bu özbaşnalıq və dövlətə qarşı çıxışlar etmək deməkdir. Təbii ki, bunun da qarşısı dövlət alacaqdır. Parlament seçkilərinə start veriləndən sonra hər kəs özü üçün qazandan bir pay əldə etmək istəyi həm də xaricidən ola bilər. Bu cür aksiyaların keçirmələrinin qarşılığında xaricidən maliyyə alması ilə bağlıdır. Yəni xarici qüvvələr çox pul ayırmaqla müxaliflərdə bir o qədər icazəli və ya icazəsiz aksiyalar keçirməyə cəhdlər göstərəcək. Bir sözlə, onların bu cür hərəkətlərə əl atması boş şeylərdi. Müxaliflər çirkli pulları bu gün almayıblar, dünən almayıblar, yəni uzun illərdi ki, özlərinin maddi şəraitlərini xaricidən maliyyələşən donorlar vasitəsi ilə həyata keçirilər. Ümumiyyətlə, onların nə deməsindən və nə etməsindən asılı olmayaraq, müxalifətin çirkin istəkləri baş tutmayacaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə