"Vəziyyəti Qəddafinin verdiyi sözlərlə deyil, əməlləri ilə dəyərləndirəcəyik"
İngiltərənin baş naziri Devid Kameron Qəddafinin atəşkəs qərarı ilə bağlı açıqlama verib. SİA-nın xəbərinə görə, Kemeron "Vəziyyəti Qəddafinin verdiyi sözlərlə deyil, əməlləri ilə dəyərləndirəcəyik" deyıb. Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının qərarı kifayət qədər açıqdır və Qəddafi xalqına qarşı zülmə davam edərsə, bunu dayandırmaq üçün hər cür addım atılacaq.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Bernard Valero isə "Söz Qəddafiyə gəldiyi zaman bir durub düşünmək lazımdır. Qəddafi xəbərdarlıqlarımızı diqqətə almağa və qorxmağa başladı. Ancaq meydandakı təhdid hələ ortadan qalxmayıb" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB