Martın 18-də, saat 18:45 radələrində Şirvan şəhərində avtomobil qəzası baş verib. Şirvan Polis şöbəsi DYP-nın inspektoru Sadiq Orucovun SİA-nın Aran bürosuna verdiyi xəbərə görə, Heydər Əliyev prospektində hərəkət edən BMV markalı 10UV516 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şirvan şəhər sakini Şahbazov Namiq Mirzə oğlu düzgün sürət həddi seçməyərək idarəetməni itirib və yolun sol tərəfində olan bardura çırpılaraq yolun ortasına aşıb.
Nəticədə sürücü yüngül xəsarət almış və heç bir qarşıdan gələn maşına dəyməyib. Qəzaya səbəb ilkin nəticə kimi sürət həddinin aşması olub.
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB