Prezident İlham Əliyev: "Yol olan yerdə həyat var, inkişaf var, ticarət var, rahatlıq var"
Azərbaycanın istər mərkəzində, istərsə də bölgələrində yol-tikinti işləri, ümumiyyətlə, yol infrastukturu ən yüksək səviyyədə aparılır. Belə ki, Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi tapşırıqlar, eləcə də reallaşdırılan nəhəng layihələr nəinki vətəndaşların və ölkə qonaqlarının gediş-gəlişlərini komfortlaşdırır, həmçinin bu sahədə iqtisadi imkanlar daha da münbitləşddirilir. Məhz bu baxımdan, cənab İlham Əliyevin Bakı-Quba-Rusiya Fderasiyası dövlət sərhəddi yeni avtomobil yolunun açılışında irəli sürdüyü fikirləri özündə bir sıra əhəmiyyətli məqamları ehtiva etməkdədir.
Prezident: "Əminəm ki, gələcəkdə bu zonada turizm imkanı da dəyərləndiriləcək və investisiya qoyuluşu da nəzərdə tutulacaq"
Digər tərəfdən, yeni yolun açılışı zamanı dövlət başçımız qeyd etdi ki, istifadəyə verilən yolun tikitnitisə böyük ehtiyac var və indi Rusiya ilə ticarət dövriyyəmiz artır, həm də Azərbaycan tranzit ölkə kimi öz imkanlarını ortaya qoyur. SİTAT: "İrandan Rusiyaya, Rusiyadan İrana yükdaşımalarının həcmi artır. Belə olan halda əlbəttə ki, bizim yol infrastrukturu artan yükləri daşımaq üçün yeni imkanlara malik olmalıdır. Eyni zamanda, sərnişinlər üçün də çox gözəl imkanlar yaradılacaq".
Söz yox ki, yolların inkişafı eyni zamanda təhlükəsizlik baxımından da təmin olunmalıdır ki, məhz bu məsələ də Prezident İlham Əliyev tərəfindən vurğulanıb. Həmçinin, turizm potensialından maksimum qaydada istifadə etmək imkanları da nəzərə alınıb ki, dövlətimizin başçısı bu barədə də tövsiyələrini irəli sürüb: "Çox təhlükəsiz bir yol olacaq və eyni zamanda, şimal rayonlarımızda da bu yoldan istifadə edənlərin sayı artacaq. O cümlədən Şahdağ qış xizək kurortuna, Qubanın mənzərəli yerlərinə getmək üçün həm xarici, həm yerli turistlər, həm də rayon sakinləri bu yoldan istifadə edəcəklər. Eyni zamanda, bu, çox mənzərəli yol olacaq, çünki sahilboyu gedəcək. Əminəm ki, gələcəkdə bu zonada turizm imkanı da dəyərləndiriləcək və investisiya qoyuluşu da nəzərdə tutulacaq. Yol olan yerdə həyat var, inkişaf var, ticarət var, rahatlıq var".
Göstərilən qətiyyət, həmçinin bu siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəklənməsi faktı da necə deyərlər canlanmaya səbəb olub
Lakin burada daha bir əsas məqam budur ki, ölkə rəhbərimizin başlatdığı və sürətlə həyata keçirdiyi çoxşaxəli islahatlar həm də yerlərdə fəaliyyət göstərən rayon rəhbərliklərinin də işlərinə müsbət mənada təsirlərini göstərib. Əsasən, bu və ya digər proseslərdə - yol tikintilərində, inşaat strukturlarında özbaşınalıqların, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən qətiyyət, həmçinin bu siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəklənməsi faktı da necə deyərlər canlanmaya səbəb olub. Dövlət başçımızın iradlarından nəticələrin çıxarılması da artıq ölkəmizdə yeni nəfəsin, yeni eranın başlanğıcı olaraq qiymətləndirilir.
Ölkə başçısı: " Çünki mən sizə irad tutmuşam"
Yeri gəlmişkən, adıçəkilən yolun açılışı zamanı dövlət başçımız bu barədə bildiirb ki, indi gərək yol boyu bütün texniki parametrlər gözlənilsin, yolları ikiyə ayıran yerlər də müasir səviyyədə olmalıdır. "Çünki mən sizə irad tutmuşam, bəzi yollarda daralma var, böyümə var. Ona görə onlar yolda təhlükə yarada bilər. Burada ayırıcı bir xətt olmalıdır", deyə vurğulayan ölkə rəhbərimiz bu kimi məsələlərin həll olunması üçün iradlarının nəticə verdiyini xatırladıb.
Beləliklə, həm də belə nəticəyə gələ bilərik ki, Azərbaycanın bütün regionlarında, bölgələrində aparılan islahatlar öz bəhrələrini verməkdədir və bütün bunlardan yararlanan faktor isə xalq amilidir. Daha dəqiq desək, Prezident İlham Əliyev cənablarının mühüm məqsəsi xalqa xidmət etmək reallığı üzərində qurulub!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB