ATƏT-in sədri: “Hazırki vəziyyətdə nə Azərbaycan, nə də Ermənistan həm siyasi, həm də hərbi zəmində qalib gələ bilməz”
"Hazırki vəziyyətdə nə Azərbaycan, nə də Ermənistan həm siyasi, həm də hərbi zəmində qalib gələ bilməz". SİA-nın xəbərinə görə, bu sözləri ATƏT-in sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis deyib: "Mən regiona etdiyim səfərdən sonra bu qənaətə gəldim", -deyə o əlavə edib.
Audronyus Ajubalis həmçinin snayperlərin cəbhə bölgəsindən geri çəkilməsinin vacibliyini vurğulayıb: "Bakıda və İrəvanda keçirdiyim görüşlərimdə də bu məsələni önə çəkdim. Təmas xəttində baş verən hadisələr snayperlərin cəbhə bölgəsindən geri çəkilməsinin vacibliyini bir daha göstərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB