Şəmkirdə region QHT-lərinə mühasibat uçotu ilə bağlı təlim keçirilib
Şəmkirdə region QHT-lərinə mühasibat uçotu ilə bağlı təlim keçirilib "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi illik maliyyə hesabatlarının tərtibi işində təşkilatlara kömək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən təşkil edilmiş məsləhət xidməti qrafiki çərçivəsində növbəti regional təlimlər Şəmkirdə keçirilib.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Şəmkir şəhərində Şuranın baş mühasibi Tofiq Həsənov MQF Şəmkir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində "QHT-lərin Milli Mühasibat Uçotları Standartlarına keçidinin təşkili, Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan hesabatların tərtib edilməsi" mövzusunda təlim keçib.
Təlimdə Şəmkir RQRTM-in əhatə dairəsinə daxil olan Gəncə şəhər və Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Daşkəsən, Göygöl rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbərləri və mühasibləri iştirak ediblər. Mühasibat uçotuna aid müxtəlif blank formaları çoxaldılaraq tədbir iştirakçılarına paylanıb.
Yerli QHT-lərin Şuraya müraciəti nəzərə alınaraq, analoji təlimlər Lənkəran və İmişli rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün də keçirilib. Lənkəranda təlimi Şura əməkdaşı Şahim Məhərrəmov, İmişli şəhərində isə Şura əməkdaşı Amid Mirzəyev aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB