Ölkə rəhbərinin yürütdüyü siyasətin bünövrəsində məhz insanların rifah halı, ölkənin inkişafı durur ÖZƏL-MÜNASİBƏT
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi bütün tədbirlər, düşünülmüş uzaqgörən siyasəti bilavasitə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına, ölkənin inkişafına, insanların xoşbəxtliyinə, Azərbaycanın dünyada tanınmasına hesablanıb. Bunu SİA-ya müsahibəsində Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat qeyd edib ki, yerli müxbirlərin suallarına cavab verərkən ölkə rəhbəri bu cəhətləri ön plana çəkməklə, qazanılmış nailiyyətlərin geniş xarakteristikasını, təhlilini verdi.
“Əlbəttə ki, 2019-cu il Azərbaycan xalqı nəinki daxili sitasətdə, eləcə də Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurların şahidi oldu. Bir çox beynəlxalq tədbirlərdə ölkə rəhbəri yüksək tribunalardan Azərbaycan həqiqətlərini bütün dünyaya yaymış, Azərbaycanın tutduğu yolu, Azərbaycanın xalqının mövqeyini və əldə olunmuş nəticələri dünya ictimaiyyətinə çatdırmaqla Azərbaycan Respublikasının demokratik, unitar bir dövlət olduğunu xatırlatmışdır. Əlbəttə ki, əldə olunan nailiyyətlər ilk növbədə ölkə rəhbərinin xalqla birliyinin, onun düşünülmüş siyasətinin və insanların ölkə rəhbərinə göstərdiyi böyük etimadın, hörmətin bəhrəsidir. Çünki, xalqla Prezident daim birdir. Ölkə rəhbəri daimi vətəndaşlar arasında olur, onların qayğıları ilə yaşayır, onların problemlərini öyrənir və bu problemlərin öyrənilməsi sonradan bir çox lahiyələrin həyata keçirilməsinə, bir çox problemlərin aradan qaldırılmasına bir stimul olur. Bu müsahibədə də ölkə rəhbəri 2019-cu ildə qazanılan iqtisadi nəticələrə bir daha nəzər saldı və göstərdi ki, artıq biz nəinki neft sektorunda, eləcə də qeyri-neft sektorunda bir çox uğurlar əldə etmişik və ölkədə sahibkarlıq gündən-günə inkişad edir və Azərbaycan emal sənayesini, sənaye müəssisələrini inkişaf etdirməkdə, beynəlxalq aləmə çıxışını genişləndirməkdədir. Bir neçə fakti xatırlatmaq yerinə düşər ki, qeyri-neft iqtisadiyyatı ölkədə cari il 3,5 faiz, kənd təsərrüfatı 7 faiz, qeyri-neft sənayesi 14 faiz artıb və digər sahələrdə də uğurlu nəticələr var. Əlbəttə ki, iqtisadiyyatın inkişaf etdirilməsi ölkənin, əhalinin yaşayışı üçün və gələcək inkişaf üçün mühüm göstəricidir. Ölkə rəhbəri də bunu öz müsahibəsində bir daha xatırlatdı və bildirdi ki, bizim siyasətimiz, bizim yürütdüyümüz siyasətin bünövrəsində məhz insanların rifah halı, ölkənin inkişafı durur. Əlbəttə ki, bu sevindiricidirr və təqdir olunan bir haldır. Çünki, Cənab Prezident bir çox beynəlxalq lahiyələrə diqqəti çəkməklə göstərdi ki, Azərbaycan artıq Cənub Qaz Dəhlizini istismara verməklə Avropaya çıxış bir etdi, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir. Bir çox neft-qaz kəmərlərinin çəkilməsi Azərbaycan iqtisadiyyatına güclü təsir göstərib və Azərbaycan iqtisadiyyatı gündən-günə inkişaf etdi etdirilməlidir. Nəqliyyat məsələlərinə də toxunun Prezident göstərdi ki, artıq Azərbaycanın dəmir yolları, Azərbaycanın hava yolları, Azərbaycanın yol sistemi möhtəşəm qurulmuş və bu gəlirli bir sahəyə çevrilmişdir. Cənab Prezident ölkənin valyuta ehtiyatlarıbna diqqəti cəlb etməklə göstərdi ki, artıq Azərbaycanın valyuta ehtiyatı 50 milyard dollara yaxınlaşıb və bizim 50 milyard dollar valyuta ehtiyatımız var ki, bu da bizim gələcək planlarımızın, gələcək lahiyələrimizin həyata keçirilməsi üçün vacibdir. Əlbəttə ki, kənd təsəttüfatında qazanılan uğurlar qeyri-neft sektorunun inkişafında mühüm rola malikdir və bu il Azərbaycan demək olar ki, kənd təsərrüfatı məhsulları istehsalı ötən illərlə nisbətdə xeyli dərəcədə artmışdır ki, bu da əhalinin işlə təmin olunmasında, eləcə də onların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır", deyə Tahir Rzayev bildirib.
T.Rzayev qeyd edib ki, pambıqçılıq mövsümünün yekunları, qarşıda olan vəzifələrlə əlaqədar keçirdiyi müşavirədə də Cənab Prezident bunları bir daha xatırladaraq demişdir ki, artıq Azərbaycanda bu il 294 min ton pambıq istehsal olunmuş və hər hektardan 29,4 sentner məhsul götürülüb: "Bu yüksək bir nəticədir və pambıqçılığın inkişaf etdirilməsi, pambıqçılığa qayğı və diqqətin artırılması nəticəsində artıq ancaq mövsümi işlərdə 200 mindən artıq insanın bu sahədə məşğulluğu təmin edilmişdir. Sözsüz ki, gələcəkdə pambıqçılıq inkişaf etdirilməlidir və biz pambıqçılığı sənaye təməli üzərində inkişaf etdirməliyik ki, yeni toxuculuq fabrikləri, yeni sənaye müəssisələri açılmalıdır və pambıqdan istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi onun xammal kimi yox, bir emal sənayesində istehsal olunan məhsul olaraq satışa çıxarılması çox vacibdir. Əlbəttə ki, bütün bunlar Azərbaycan xalqında sevinc doğuran, qürur doğuran bir haldır və bu gün nəinki yerli mətbuat orqanları, yerli analitiklər, siyasətçilər Azərbaycan iqtisadiyyatının inkişafına yüksək qiymət verirlər, eləcə də dünyanın bir çox maliyyə qurumları, eləcə də Davos İqtisadi Forumu Azərbaycanda qazanılan nailiyyətləri yüksək qiymətləndirir. Bu nailiyyətlərdən birini bu yaxınlarda beynəlxalq maliyyə qurumları da nəzərə çatdırdılar ki, Azərbaycan artıq dünyanın 20 ən çox islahatlar keçirən bir ölkəsinə çevrilib. Bütün bunlar göstərir ki, Azərbaycan sürətlə irəli getməkdədir. 2019-cu il Azərbaycan xalqı üçün çox uğurlu olub. Bu nəinki iqtisadiyyatda, sosial sahədə çox mühüm addımlar atılıb. Ölkə rəhbəri də öz müsahibəsində bir neçə dəfə bu amilləri diqqətə çatdırdı ki, əmək haqları, təqaüdlər, birdəfəlik müavinətlər artırılıb. İnsanların artıq əmək haqlarında xeyli dərəcədə artımlar var, onlara qayğı yüksəlməkdədir və bizim başlıca vəzifəmiz bu gün Azərbaycan xalqına xidmət, onun rifahını yüksəltməkdir. Bu faktlarda da özünü göstərir və artıq son dövrlərdə biz mütəmadi görürük ki, əlillərə, imkansızlara, şəhid ailələrinə, Qarabağ əlillərinə diqqət gündən-günə artır. Onlara yüzlər avtomobillər verilib, artıq minlərə evlər tikilərək onlara verilib, qaçqın və köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar çox mühüm tədbirlər həyata keçirilir. Əlbəttə ki, bu da insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən məsələlərdir. Sözsüz ki, bizim hər birimiz qazanılan nailiyyətlərin tərəfdarıyıq və sözsüz ki, Azərbaycan Prezidentinin yüksək fəallığı nəticəsində bu uğurlar bundan sonra da artırılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB